Qaytarma və dəyişdirmə qaydaları

Bu səhifə Keys.az-dan alınan məhsulların qaytarılması və dəyişdirilməsi qaydalarını izah edir.

Qaytarma müddəti

Məhsulu təhvil aldığınız gündən etibarən 14 gün ərzində qaytara bilərsiniz.

Qaytarma şərtləri

  • Məhsulun qutusu açılmamış olmalıdır (zavod qablaşdırması və plombu pozulmamış).
  • Məhsul bütün komplekti ilə birlikdə qaytarılmalıdır.
  • Qutusu açılmış və ya istifadə edilmiş məhsullar geri qəbul edilmir.

Çatdırılma xərci

Qaytarma zamanı çatdırılma xərcini müştəri ödəyir. Məhsulu ünvanımıza özünüz də gətirə bilərsiniz.

Zəmanət

Keys.az satdığı məhsullara ayrıca zəmanət vermir. Kindle cihazları orijinal Amazon məhsulu kimi yeni və bağlı qutuda təhvil verilir. Qutunu kuryerin yanında yoxlamağınızı tövsiyə edirik.

Necə qaytarmaq olar?

  1. Bizimlə əlaqə saxlayın: +994 77 305 57 94, +994 70 431 12 34, WhatsApp və ya [email protected].
  2. Sifariş nömrənizi və qaytarmaq istədiyiniz məhsulu bildirin.
  3. Məhsulu razılaşdırılmış qaydada bizə çatdırın. Məhsul yoxlandıqdan sonra ödədiyiniz məbləğ 3 iş günü ərzində, ödəniş hansı üsulla edilibsə, eyni üsulla geri qaytarılır.

Üzlük modelə uyğun gəlmədi?

Sifarişdən əvvəl Kindle modelinizi yoxlamağı tövsiyə edirik: Kindle modelini necə müəyyən etmək. Əmin deyilsinizsə, cihazın şəklini WhatsApp-da göndərin, uyğun üzlüyü biz seçək. Qutusu açılmamış üzlük də yuxarıdakı qaydalarla 14 gün ərzində qaytarıla bilər.

Sualınız var? Əlaqə səhifəsinə keçin və ya kataloqa baxın.