Keys.az haqqında

Keys.az — Bakıda onlayn qadcet və aksesuar mağazasıdır. Kindle üzlükləri ilə başlamışıq, bu gün isə orijinal Amazon Kindle elektron kitab oxuyucuları, hər Kindle modeli üçün qoruyucu üzlüklər, Apple məhsulları və digər elektronika təklif edirik. Sifarişi saytda və ya WhatsApp-da verirsiniz, ödənişi məhsulu alanda edirsiniz.

“Keys” adı nə deməkdir?

“Keys” ingiliscə case — yəni üzlük, qoruyucu qab sözünün Azərbaycanca yazılışıdır. Adımız ilk məhsullarımızdan gəlir: Kindle üçün qoruyucu üzlüklər. “Açar” və ya açar xidmətləri ilə əlaqəmiz yoxdur.

Nə satırıq?

  • Kindle cihazları — orijinal Amazon Kindle Basic, Paperwhite və Colorsoft, yeni və bağlı qutuda.
  • Kindle üzlükləri — Basic 10 və 11, Paperwhite 7, 10, 11 və Scribe üçün maqnitli və oriqami üzlüklər.
  • Digər elektronika — Apple AirPods və yeni gələn qadcetlər.

Niyə Keys.az?

  • Orijinal məhsul. Kindle cihazları orijinal Amazon məhsuludur və bağlı qutuda təhvil verilir.
  • Düzgün model seçimi. Hər üzlük səhifəsində hansı Kindle-a uyğun olduğu model kodu ilə yazılıb. Modelinizi bilmirsinizsə, cihazın şəklini WhatsApp-da göndərin — uyğun üzlüyü biz seçək.
  • Qapıda ödəniş. Ödənişi məhsulu təhvil alanda edirsiniz.
  • Sürətli çatdırılma. Bakıda eyni gün və ya növbəti gün; bölgələrə poçt, rayon taksisi və digər üsullarla.
  • 14 gün ərzində qaytarma. Qutusu açılmamış məhsulu qaytara bilərsiniz — qaytarma qaydaları.
  • Pulsuz quraşdırma dəstəyi. Kindle-ı qoşmaqda, Amazon hesabı açmaqda, Azərbaycan dilində kitab yükləməkdə kömək edirik.

Faydalı bələdçilər

Əlaqə