Amazon Kindle üçün qoruyucu arxalıq kabura alarkən kindle modelini necə müəyyən etməli?
Amazon Kindle cihazları oxuma həvəskarları üçün əvəzsiz vasitədir. Hər bir Kindle modeli fərqli xüsusiyyətlərə və dizayna malikdir, buna görə də cihazınıza uyğun qoruyucu kabura və ya üzlük seçmək vacibdir. Ölçülərin fərqli olması yanlış seçim nəticəsində alacağınız qoruyucu kaburanın cihazınıza uyğun gəlməməsi ilə nəticələnə bilər. Bu bələdçidə, Kindle modelini necə müəyyən edəcəyinizi və ona uyğun qoruyucu aksesuar seçəcəyinizi addım-addım izah edəcəyik.
Kindle cihazın modelini müəyyən etmək üçün bir neçə metod mövcuddur.
Onlardan biri kindle cihazınızın arxa aşağı hissəsində qeyd edilmiş “Model No” yazısına baxmaqdır. Aşağıdakı şəkildə nümunə olaraq model nömrənin harada və necə yazıldığını görə bilərsiniz.

Bəzən cihazları istifadə nəticəsində bu hissədə qeyd edilən məlumatlar silinə, pozula, sola və ya oxunmaz hala düşə bilər. Bu halda 2-ci metodla cihaz modelinizi öyrənə bilərsiniz. Amazon kindle cihazın modelini öyrənmək üçün 2-ci metod kindle cihazın menyusunda ayarlara daxil olaraq cihaz haqqında məlumatlar bölməsindən cihazın seriya nömrəsini və ya modelini oxumaqdır. Aşağıdakı şəkildə isə cihazın menyusundan ayarlar bölməsindən seriya nömrəsinə dair nümunəni görə biləriniz.


Cihazın arxa hissəsindən və ya menyuda ayarlardan baxıb model kodunu və ya seriya nömrəsini öyrəndikdən sonra aşağıdakı cədvələ baxaraq Amazon Kindle cihazın hansı model olduğunu rahatlıqla müəyyənləşdirə biləcəksiniz.
Aşağıdakı cədvələ uyğun olaraq tapdığınız model nömrəsi və ya seriya nömrənin prefiksi ilə qarşısında qeyd olunan linkə daxil olaraq kindle üçün qoruyucu arxalıq kabura örtüyünü ala bilərsiz.
Kindle Model | Model kodu | Seriya nömrənin prefiksi | Uyğun qoruyucu kabura keyslər |
---|---|---|---|
Kindle Paperwhite / Paperwhite Signature Edition (2021) | M2L3EK, M2L4EK | G001LG, G001PX, G8S1PX,G002BH,G002DK, G8S2DK, G0021A, G00219, G8S219 | 11-ci nəsil kindle paperwhite / signature üçün qoruyucu üzlük |
Kindle Scribe (2022) | C4A6T4 | G00227, G0023M, G0923M, G0023L | Amazon Kindle Scribe üçün qoruyucu arxalıq keys |
Kindle 11th Gen (2022) | C2V2L3 | G002AQ, G002AP, G092AP | 11-ci nəsil basic kindle üçün qoruyucu üzlük |
Kindle Oasis 3 (2019) | S81N4O | G000WQ, G000WN, G000WM, G000WL, G000WP | Təəssüfki, bu cihaz üçün uyğun keys yoxdur. |
Kindle 10th Gen (2019) | J9G29R | G0910L, G090WH, G090VB, G090WF | Amazon Basic Kindle 10-cu nəsil üçün qoruyucu |
Kindle Paperwhite (2019) | PQ94WIF | G000PP, G8S0PP, G000T6, G8S0T6, G000T1, G000T2, G00102, G000T3, G001GT, G8S16T, G0016Q, G8S16Q, G0016U, G0016V, G8S16V, G00103, G0016R, G0016S | 10-cu nəsil kindle paperwhite üçün qoruyucu üzlük |
Kindle Paperwhite 7th gen (2015) | DP75SDI, EY21 | G090G1, G090G2, G090G4, G090G5, G090G6, G090G7, G090KB, G090KC, G090KE, G090KF, G090LK, G090LL | 7-ci nəsil kindle paperwhite üçün qoruyucu üzlük |
Kindle modelinizi müəyyən etmək və ona uyğun qoruyucu kabura seçmək asan bir prosesdir, lakin diqqət tələb edir. Cihazınıza uyğun kabura seçərək onun ömrünü uzada və oxuma təcrübənizi daha rahat edə bilərsiniz. Unutmayın ki, düzgün kabura seçimi yalnız cihazınızı qorumaqla kifayətlənmir, həm də onun görünüşünü və istifadəsini daha zövqlü edir.
Bu bələdçi ilə Kindle cihazınız üçün mükəmməl qoruyucu üzlüyü tapacağınıza əminik!